ABŞ hökuməti məhkəmədən “TikTok”a qarşı məhdudiyyətlər haqqında işin baxılmasının dayandırılmasını xahiş edib

ABŞ hökuməti federal apellyasiya məhkəməsindən “TikTok” sosial şəbəkəsinin fəaliyyətində məhdudiyyətlərin dayandırılmasını xahiş edib.

AzerTimes-ın məlumatına görə, müvafiq sənəd Kolumbiya dairəsinin məhkəmə bazasında yerləşdirilib:

“Hökumət apellyasiyaların dayandırılmasını xahiş edir. Ticarət Nazirliyi [sosial media üçün] [əvvəllər qoyulmuş] qadağaların əsaslarını qiymətləndirir”.


Qeyd edək ki, sosial şəbəkəyə qarşı məhdudiyyətlər Donald Trampın keçmiş administrasiyası tərəfindən tətbiq edilib.