ABŞ hökuməti İŞİD-lə əlaqəsi olan bir neçə şəxslərə qarşı sanksiya tətbiq edib

ABŞ Maliyyə Nazirliyi Xorasandakı “İslam Dövləti” terror qruplaşması ilə əlaqəsi olan 4 Əfqanıstan vətəndaşına qarşı sanksiya tətbiq edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Nazirlik tərəfindən yayılan açıqlamada bildirilib.

Məhdudiyyətlər aşağıdakı şəxslərə qoyulub: Sultan Əziz Əzəm, Sənaullah Qafari (həmçinin Şahab ​​əl-Mühacir kimi tanınır), İsmətullah Xalozai (həmçinin Şer Ömər Heil kimi tanınır) və Mövləvi (İslamda dini titulu) Rəcəb (həmçinin Səlahəddin kimi tanınır).


Onlar hamısı, sənədə əsasən, Əfqanıstan vətəndaşıdır.