ABŞ Müdafiə Nazirliyi hipersəs və ballistik raketləri izləmək
üçün 2023-cü ilin martında orbitə iki prototip peyk buraxmağı
planlaşdırır.
Trend xəbər
verir ki, bunu Pentaqonun Raketdən Müdafiə Agentliyinin direktoru,
ABŞ Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı Con Hill deyib.
O, qeyd edib ki, peyklər kosmosda qarşılıqlı əlaqədə olacaq.
“Hər iki qurğu orbitə elə qaydada buraxılacaq ki, onların
sayəsində ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığının
əməliyyat sahəsində sınaqları müşahidə etmək mümkün olsun.
Gələcəkdə isə bütöv bir peyk şəbəkəsi yaratmaq mümkün olacaq”, –
vitse-admiral vurğulayıb.
O, əlavə edib ki, hazırda layihə üzərində rəqabət aparan üç özəl
şirkət işləyir, onlardan yalnız biri və ya ikisi gələcək fəaliyyət
üçün seçiləcək.