Pentaqon ABŞ-ın ilk hipersəs raketinin sınaq buraxılışını keçirməkdən imtina edib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
“Hipersəs texnologiyamızın inkişafı haqqında məlumat vermək üçün Florida ştatının Kanaveral burnunda sınaqlar keçirməyi planlaşdırırdıq, lakin ilkin yoxlamalardan sonra buraxılış ləğv edildi”, – məlumatda deyilib.
Pentaqon raket buraxılışın ləğvinin konkret səbəbini açıqlamayıb.