Pentaqonun mühəndislərindən biri ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) 17 obyektindəki rabitə sistemini oğurlayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Məlumata görə, söhbət Tennessi ştatındakı Arnold Hərbi Hava Qüvvələri bazasında işləyən bir işçidən gedir. 48 yaşlı mühəndis dövlət radiotexnikasını öz istifadəsi üçün oğurlayıb. Onun oğurladığı müvafiq avadanlıqların dəyəri təxminən 90 min dollar olub.