ABŞ HHQ hipersəs silahını uğurla sınaqdan keçirib

ABŞ Hərbi Hava Qüvvələri ARRW (Air-Launched Rapid Response
Weapon) proqramı çərçivəsində hipersəs silahının prototipinin
uğurlu sınaqdan keçirildiyini elan edib.

Trend xəbər
verir ki, bu barədə qurumun bazar ertəsi yaydığı bəyanatda
deyilir.

Qeyd olunur ki, ABŞ Hərbi Hava Qüvvələrinin Boeing B-52H
Stratofortress strateji bombardmançı təyyarəsi mayın 14-də
Kaliforniyanın cənub sahillərində ARRW proqramı çərçivəsində
hazırlanmış AGM-183A hipersəs raketinin uğurlu buraxılışını həyata
keçirib. Təyyarədən ayrıldıqdan sonra ARRW bloku nəzərdə tutulan
müddət ərzində alovlanaraq, səs sürətindən beş dəfə çox olan
hipersəs sürətinə çatıb.

ABŞ Hərbi Hava Qüvvələri vurğulayıb ki, sınaq qüsursuz həyata
keçirilib və ABŞ bu unikal silahı amerikalı hərbçilərə ən qısa
zamanda çatdırmaq üçün əlindən gələni edir.