ABŞ hərbi təyyarələri Şimali Koreya sərhəddində uçuşlar həyata keçirib.
“B-1B Lancer” bombardman təyyarəsi ilə uçuş həyata keçirilib və Şimali Koreyaya ABŞ-ın bir çox hərbi variantının olması mesajı verilib.
Pentaqon sözçüsü Dena Vayt məsələ ilə bağlı açıqlama verib və “Quam adasından havalanan ABŞ hərbi hava qüvvələrinə aid B-1B Lancer bombardman təyyarələri F-15C Eagle qırıcı təyyarələrinin müşayiəti ilə uçuş həyata keçirib. Məqsədimiz ABŞ-ın məsələ ilə bağlı ciddi mövqeyini göstərməkdir.” deyib.
Qeyd edək ki, Şimali Koreyanın ballistik raket və nüvə sınaqlarına görə iki ölkə arasında münasibətlər gərgindir.