Şərqi Aralıq dənizində yerləşən “USS Harri S.Trumen” nüvə təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi Amerika aviadaşıyıcılarının zərbə qrupu İon dənizində əməliyyatlar aparır.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Bildirilir ki, daşıyıcı qrup hazırda Yunanıstanın qərbində yerləşib:
“Daşıyıcıya aid aviasiya müntəzəm patrul uçuşları həyata keçirir. Ötən il dekabrın 14-də Cəbəllütariqdən keçərək Aralıq dənizinə daxil olan ABŞ Hərbi Dəniz Qüvvələrinin bu təyyarədaşıyıcı qrupunun əvvəlcə Fars körfəzinə gedəcəyi planlaşdırılırdı. Lakin Vaşinqton Ukrayna ətrafında yaranmış vəziyyət fonunda onu Aralıq dənizində buraxmaq qərarına gəlib. Daşıyıcı zərbə qrupuna “USS Harri S.Trumen” təyyarədaşıyan gəmisindən əlavə 3 raket kreyseri (“USS San Jacinto”, “USS Bainbridge”, “USS Gravely”) də daxildir.