ABŞ-ın Suriyadakı hərbi bazalarından biri növbəti dəfə hücuma məruz qalıb.
AzerTimes İRNA-ya istinadən xəbər verir ki, ölkənin Hasekə vilayətində İslam Müqaviməti qruplaşmasına məxsus PUA-lar bazaya zərbələr endirib.
Bildirilib ki, hücum İsrail rejiminin Qəzzada törətdiyi cinayətlərə cavab olaraq həyata keçirilib.
Dağıntı və tələfat haqda məlumat verilmir.