ABŞ hərbçilərini qəbul etməyə hazırıq – Şakalene

ABŞ hərbçilərini qəbul etməyə hazırıq – Şakalene

Litva ABŞ Silahlı Qüvvələrinin əlavə hərbçi kontingentini qəbul etməyə hazırdır.

AzerTimes xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Dovile Şakalene ABŞ Xüsusi Əməliyyat Qüvvələrinin komandanı, general Brayan Fenton ilə görüş zamanı deyib.

O bildirib ki, əlavə ABŞ hərbçilərinin qəbulu üçün infrastrukturun təkmilləşdirilməsini davam etdirir.

Qeyd edək ki, Litvanın Milli Müdafiə Nazirliyi Baltik dənizi sahilində milli diviziya və NATO hərbçilərinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş hərbi şəhərciyin tikintisinə hazırlıq işlərinə başlandığını elan edib.

Teqlər: