ABŞ-ın Suriya və İraqda hava hücumları regionda eskalasiya riskini xeyli artırır.
AzerTimes xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot deyib.
“Biz görürük ki, ABŞ indi İraq və Suriyada olduğu kimi, dövlətlərin suverenliyini kobud şəkildə pozur. ABŞ hər yerdə münaqişələri qızışdırır. Mən bu zərbələri qətiyyətlə pisləyirəm”, – siyasətçi bildirib.
Qeyd edək ki, ABŞ ordusu İordaniyadakı bazasına hücuma cavab olaraq SEPAH-ın İraq və Suriyadakı hədəflərinə və İrana bağlı qüvvələrə zərbələr endirib.