ABŞ oktyabrın 7-də fələstinli yaraqlıların İsrailə hücumu ilə əlaqədar HƏMAS-ın və SEPAH-ın üzvlərinə qarşı yeni sanksiyalar tətbiq edib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.
“Xarici Aktivlərə Nəzarət İdarəsi bu gün HƏMAS-la əlaqəli əsas rəsmilərə və maliyyə şəbəkələrinə qarşı sanksiyaların ikinci mərhələsini həyata keçirib”, – məlumatda deyilir.
Bu addımın oktyabrın 7-də İsrailə qarşı hücumlardan sonra atıldığı vurğulanır:
“Məhdudiyyətlərə İrandakı HƏMAS nümayəndəsi, SEPAH-ın bəzi üzvləri, eləcə də Qəzza zolağında İranın qeyri-qanuni vəsaitlərinin HƏMAS və “İslami Cihad” qruplaşmasına ötürülməsi üçün kanal rolunu oynadığı iddia edilən təşkilat daxildir”.