ABŞ HƏMAS-ın altı rəhbər üzvünə qarşı sanksiyalar tətbiq edib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanatda bildirilir.
Sənədə əsasən, bunların arasında hərəkatın xaricdəki nümayəndələri və İzzəddin əl-Qəssam Briqadasının üzvləri də var. Bundan əlavə, sanksiya siyahısına HƏMAS-ın maraqları üçün vəsait toplayan və Qəzzaya silah qaçaqmalçılığı ilə əlaqəli şəxslər də daxil edilib.
Bildirilir ki, göstərilən şəxslər terror fəaliyyətinə dəstək verir və Qəzza sektoruna maddi vəsaitin göndərilməsini əlaqələndirirlər.