ABŞ HƏMAS-a bağlı şəxslərə və bir şirkətə yeni sanksiyalar tətbiq edib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, HƏMAS-ın 10 əsas üzvü, yaraqlı və maliyyə vasitəçilərinə qarşı sanksiya tətbiq edib.
Qara siyahıya İordaniya, Fələstin, Misir və Sudan vətəndaşları, həmçinin “Buy Cash Money and Money Transfer” şirkəti daxil edilib.