Əfqanıstanın paytaxtı Kabil şəhərində ABŞ istehsalı “Black Hawk” helikopteri Milli Müdafiə Universitetinin kampusunda texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.
AzerTimes xəbər verir ki, qəza nəticəsində 3 nəfər ölüb, 5-i isə yaralanıb.
Qeyd edək ki, Taliban qruplaşması Əfqanıstanda hakimiyyəti nəzarətə götürdükdən sonra ABŞ istehsalı olan bir neçə helikopteri ələ keçirib.