ABŞ hədələdi: Çin Pelosinin səfərini mane olsa…

ABŞ hədələdi: Çin Pelosinin səfərini mane olsa…

Nümayəndələr Palatasının spikeri Nensi Polesinin Tayvana səfəri tamamilə öz qərarıdır.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken deyib.

“Əgər Pelosi yenə də getmək fikrindədirsə və Çin buna görə hansısa krizis və ya gərginlik yaratmağa çalışsa, bütün məsuliyyət Pekinin üzərində olacaq”, – Blinken qeyd edib.

Blinken bildirib ki, ABŞ Çindən Pelosinin mümkün səfəri zamanı eskalasiyanın qarşısını almağa yönələn məsuliyyətli addımlar gözləyir:

“Tayvanı ziyarət olacağı halda Çini gərginliyi artırmamağa çağırırıq”.

Qeyd edək ki, bundan öncə Pelosinin Tayvana səfərdən imtina etdiyi bildirilsə də, media onun sabah bu ziyarəti gerçəkləşdirəcəyini iddia edib.

Teqlər: