ABŞ Hərbi Dəniz Qüvvələri “Boeing” şirkəti ilə 11 ədəd “P-8A Poseidon” təyyarəsinin alınması üzrə müqavilə imzalayıb.
AzerTimes-ın məlumatına görə, müqavilənin dəyəri 1,6 milyard dollar təşkil edir. Müqaviləyə əsasən, 9 ədəd təyyarə ABŞ Hərbi Dəniz Qüvvələrində xidmətə girəcək, daha ikisi isə Avstraliya Hərbi Hava Qüvvələrinə veriləcək.
Bildirilir ki, ABŞ Silahlı Qüvvələrində bu model təyyarələrin ümumi sayı 128 ədədə çatacaq.