ABŞ-ın Avropada yerləşən 101-ci hava-desant diviziyası Moskva ilə Kiyev arasında gərginliyin daha da artacağı və NATO ölkələrindən birinə hücum olacağı təqdirdə Ukraynaya daxil olmağa hazırdır.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ polkovniki Edvin Mattaydess CBS telekanalına açıqlamasında deyib.
O bildirib ki, onun Rumıniyadakı bölməsi Rusiya Silahlı Qüvvələrinin hərəkətlərini yaxından izləyir.