ABŞ Haiti prezidentinə hücum edən hərbçiləri hazırladığını təsdiqlədi

Haiti prezidenti Jovenel Moizin qətlində iştirak edən Kolumbiyalı hərbçılərin bir hissəsi daha əvvəl ABŞ silahlı qüvvələri tərəfindən hazırlanıblar.

Trend TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Müdafiə nazirliyi təsdiqləyib.

“Xarici hərbi təlimlərə dair məlumat bazalarımızın araşdırılması göstərir ki, mövcud istintaq çərçivəsində saxlanılan bir neçə Kolumbiya vətəndaşı ölkələrinin Silahlı Qüvvələrində həqiqi xidmətdə olarkən ABŞ-ın təlim proqramlarında iştirak ediblər”, – Pentaqonun rəsmi nümayəndəsi polkovnik Ken Hoffman deyib.

Onun sözlərinə görə, ABŞ Müdafiə nazirliyi araşdırmaları davam etdirir.

Xatırladaq ki, Haiti prezidenti Jovenel Moiz iyulun 7-nə keçən gecə öz iqamətgahında öldürülüb. Qətllə əlaqədar 18 kolumbiyalı və iki haitili məşəli amerikalı olmaqla 23 nəfər ihəbs edilib.

Teqlər: