ABŞ Gürcüstanda Rusiyaya qarşı “ikinci cəbhə” açılmasını istəmir.
AzerTimes xəbər verir ki, bunu Gürcüstanın ABŞ səfiri Kelli Deqnan deyib.
“İkinci cəbhə”yə gəlincə, əvvəllər olduğu kimi, bunun 100 faiz yalan olduğunu dəfələrlə bildirmişik. ABŞ-ın Gürcüstanı tələyə salmaq istəməsi üçün heç bir səbəb yoxdur. 30 ildir ki, biz Müdafiə Nazirliyi, Sahil Mühafizəsi, Sərhəd Polisi ilə birgə çalışaraq təhlükəsizliyin gücləndirilməsində yardımçı olmağa, ölkənin imkanlarını gücləndirməyə, sərhədləri qorumağa çalışırıq”, – səfir qeyd edib.