ABŞ Gürcüstan Müdafiə Nazirliyinə 140 ton hərbi yardım çatdırıb.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstan səfirliyi məlumat yayıb.
“Bu gün biz Gürcüstanın Müdafiə Nazirliyinə 140 ton təhlükəsizlik texnikası təhvil verdik. ABŞ Gürcüstanla strateji tərəfdaşlığa sadiq qalır və Gürcüstan Müdafiə Qüvvələrini gücləndirməkdə davam edəcək”, – məlumatda bildirilib.
Səfirlik ABŞ-dan Gürcüstana hansı hərbi yükün gətirildiyini dəqiqləşdirməyib.