Vaşinqton Ankaraya beşinci nəsil F-35 qırıcılarını təhvil verə bilər.
AzerTimes xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Yaşar Gülər deyib.
Onun sözlərinə görə, Türkiyə tərəfi ABŞ-a F-35 qırıcılarının tədarükü üçün yenidən sorğu göndərib:
“Bizim ABŞ-da altı F-35 təyyarəmiz var. İndi gördülər ki, biz Türkiyənin beşinci nəsil KAAN qırıcısı istehsal edirik, münasibətləri dəyişdi. Təyyarələri təhvil verə biləcəklərini deyirlər. Biz onlara F-35 almaq təklifini yenidən göndərdik”.