ABŞ gizli şəkildə Ukraynaya bu raketləri göndərib

ABŞ gizli şəkildə Ukraynaya bu raketləri göndərib

ABŞ gizli şəkildə Ukraynaya uzaqmənzilli ATACMS raketlərini ötürüb.

AzerTimes xəbər verir ki, bu barədə CNN iki amerikalı rəsmiyə istinadən yazıb.

“ABŞ raketlərinin nə vaxt verildiyi məlum deyil. Lakin son həftələrdə ABŞ onları səs-küysüz göndərməyə qərar verdi, çünki o, rusları ehtiyatsız tutmaq istəyirdi”, – mənbə bildirib.

Mənbənin sözlərinə görə, Rusiya qoşunları raketlərin uçuş məsafəsindən xəbərdardır və ABŞ onların texnika və silahlarını raketlərdən istifadə edilməzdən əvvəl mənzildən uzaqlaşdıracağından narahatdır.

ABŞ rəsmiləri bildiriblər ki, Ukrayna işğal altındakı Berdyansk və Luqanskdakı Rusiya aerodromlarına hücum etmək üçün ATACMS sistemindən istifadə edib.

Teqlər: