ABŞ genişmiqyaslı nüvə təliminə başlayır

ABŞ genişmiqyaslı nüvə təliminə başlayır

ABŞ Silahlı Qüvvələrinin strateji komandanlığı “Global Thunder” nüvə komandanlığı və nəzarəti üzrə illik təlimlərə başlayır.

AzerTimes xəbər verir ki, bu barədə komandanlığın mətbuat xidməti məlumat yayıb.

“11 aprel 2023-cü ildə illik “Global Thunder” komanda və nəzarət təlimi başlayacaq. Təlimlərin əsas məqsədi nüvə qüvvələrinin hazırlığının və strateji çəkindirmə imkanlarının artırılmasının qiymətləndirilməsidir. Təlimdə ABŞ-ın əsas müttəfiqləri, o cümlədən Böyük Britaniya iştirak edəcək”, – məlumatda deyilir.

Qeyd olunur ki, bu cür təlimlər hər il keçirilir və hər hansı dövlətə qarşı deyil.

Teqlər: