ABŞ-ın Yaxın Şərqdəki Hərbi Hava Qüvvələrinin komandanı İranın Amerika qüvvələrinə və regiondakı neft obyektlərinə hücum planları barədə xəbərdarlıq edib.
AzerTimes xəbər verir ki, bu barədə general Aleks Qrinkoviç açıqlama yayıb.
“Hazırkı vəziyyətdə İranın diqqəti Amerika, Suriyadakı beynəlxalq koalisiya qüvvələrinə, dənizdə olan hədəflərə və regiondakı neft infrastrukturuna hücum etməyə yönəlib”, – açıqlamada deyilir.