ABŞ ordusunun generalı Keyt Kelloq və amerikalı hərbçilərdən ibarət nümayəndə heyəti Xarkov vilayətinin İzyum şəhərində olublar.
AzerTimes xəbər verir ki, bunu Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb.
“Amerikalı tərəfdaşlar Rusiyanın işğalı nəticəsində dağıntıların miqyasını öz gözləri ilə görüb, Xarkov vilayətində Rusiyanın hərbi cinayətləri ilə tanış olublar”, – Sinequbov bildirib.