ABŞ 2022-ci ilin sonuna qədər təxminən 1 milyard doza koronavirus vaksini istehsal edəcəyini hesab edir və Vaşinqton bu vaksinlərin bir qismini ehtiyacı olan ölkələrə verməyi planlaşdırır.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Cozef Bayden Ağ Evdə Koreya Respublikasının prezidenti Mun Çje İnlə birgə mətbuat konfransında deyib.
C.Bayden bildirib: “Biz hesab edirik ki, 2021-ci ilin ikinci yarısı ilə 2022-ci ilin sonu arasında daha 1 milyard doza vaksin istehsal edə biləcəyik. Qabaqcıl imkanlara sahib olanlarımız (əczaçılıq sənayesində – red.) bütün dünyanın mühafizəsini (hazırkı pandemiya şəraitində – red.) təmin etmək üçün əlimizdən gələni etməyə borcluyuq”.
ABŞ prezidenti qeyd edib ki, bu, son dərəcə iddialı bir təklifdir: “Lakin inanıram ki, bu cür potensiala sahib ölkələr bu hədəfə çatmaq üçün çalışmağa davam edəcəklər”.