ABŞ gələcəkdə Kabil hava limanına nəzarət etmək məsələsini “Taliban”la müzakirə edir

ABŞ Əfqanıstanın paytaxtındakı beynəlxalq hava limanına gələcəkdə nəzarəti məsələsini müttəfiqləri ilə və Talibanla müzakirə edir.

AzerTimes-ın məlumatına görə, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays brifinq zamanı deyib.


Vaşinqtonun təxliyyə başa çatdıqdan sonra Kabildəkı hava limanının silahlılara məxsus olacağı barədə tərəfdaşları ilə müzakirə edib-etmədiyi ilə bağlı sualına cavab olaraq bildirib: “Şəxsi söhbətlərin detallarına girə bilmərəm, amma deyə bilərəm ki, bu, “Taliban”la müzakirə mövzusu olub. Bu, müttəfiqlərimizlə müzakirə mövzusu, bir çox tərəfdaşlarımızla müzakirə mövzusu olub”.