ABŞ Dövlət Departamenti Rusiya Federal Təhlükəsizlik Xidmətinə də (FTX) sanksiya tətbiq edib.
AzerTimes xəbər verir ki, bu barədə Dövlət Departamentinin məlumatında deyilir.
“Dövlət Departamenti Rusiya FTX-ni sanksiyalara məruz qoyub, çünki bu xidmət Rusiya hökumətinin siyasi bölməsi, agentliyi və ya alətidir. Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri mötəbər mənbələr FTX-nin insan hüquqlarının pozulmasında və Ukrayna vətəndaşlarına qarşı hücumlar iştirakına işarə edib”, – məlumatda deyilir.