ABŞ Qətərlə razılaşıb ki, İrana məxsus olan və əsirlərin mübadiləsi sazişində istifadəsinə icazə verilən 6 milyard dollar hələlik Tehrana verilməsin.
AzerTimes xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
Nəşr qeyd edir ki, tərəflər İran-ABŞ əsir mübadiləsi çərçivəsində köçürülməsi nəzərdə tutulan İranın altı milyard neft pulunun bir sentini belə Qətərin köçürməyəcəyi barədə ictimailəşdirilməmiş anlaşmaya nail olublar.
Qeyd edək ki, bundan öncə İsrailə hücuma keçən HƏMAS-ın arxasında İranın durduğu və bu təşkilatı Tehranın maliyələşdiridiyi müzakirələri zamanı ABŞ Dövlət Departamenti blokdan çıxarılan 6 milyardın yenidən bloklanacağını istisna etməmişdi.