ABŞ fələstinlilərə 40 milyon dollar yardım ayıracaq

Amerika Birləşmiş Ştatları Fələstinlilərə təxminən 40 milyon dollarlıq humanitar yardım ayıracaq və bu vəsaitlərin 5,5 milyon dolları təcili yardım olaraq Qəzza zolağını alacaq.

AzerTimes-ın İnterfaks-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibinin açıqlamasında deyilir.

Bildirilir ki, C.Baydenin administrasiyasının bütün fəaliyyyət dövrü ərzində fələstinlilərin 360 milyon dollardan çox vəsaitin yardım olaraq alacaqları gözlənilir.

Daha əvvəl ABŞ prezidenti İsrailin tərəfindən son hərbi əməliyyatlar zamanı dağıdılan Qəzza zolağının infrastukturunu bərpa etməyə kömək edəcəyini vəd edib.

Hazırda təxminən 800 min yerli sakin təmiz sudan məhrum olublar. BMT Humanitar işlərin koordinasiya idarəsi 11 gün davam edən atəşdən sonra Qəzza zolağında 17 min tikilinin, 1 800 yaşayış binasının, 53 tədris məntəqəsinin və 6 xəstəxananın dağıldığını bildirir.

Teqlər: