ABŞ-ın mərkəzi bankı fuksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FRS) uçot dərəcəsini illik 0-0,25% səviyyəsində saxlayıb.
Trend xəbər verir ki, bu barədə tənzimləyicinin rəhbərliyin iclasının yekunlarına dair məlumatında deyilir.
Qeyd olunur ki, Açıq Bazar Əməliyyatları üzrə Komitə uzunmüddətli perspektivdə əmək bazarında maksimum məşğulluğu və inflyasiyanı 2% səviyyəsində saxlamağı hədəfləyir. Bununla əlaqədar olaraq, komitə federal fondların dərəcəsi üçün hədəf diapazonunu 0-0,25% səviyyəsində saxlamaq qərarına gəlib.
Eyni zamanda, inflyasiya səviyyəsinin 2%-dən xeyli yuxarı olması və güclü əmək bazarı göstəriciləri ilə əlaqəli mövcud şəraitdə yaxın gələcəkdə federal fondların faiz dərəcəsi üçün hədəf diapazonunun artırılması məqsədəuyğun olduğu vurğulanıb.