ABŞ “fasiləyə görə” İsrailə təşəkkür etdi

ABŞ “fasiləyə görə” İsrailə təşəkkür etdi

Qəzza zolağında humanitar fasilənin müddətini artırmalıyıq.

AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

“Dediyimiz kimi, hesab edirik ki, fasilələr daha uzun olmalıdır. Biz bunu İsrail hökuməti ilə müzakirə etməyə davam edəcəyik”, – o vurğulayıb.

Miller dinc sakinlərin təxliyəsinə imkan yaratmaq üçün Qəzza zolağının bəzi hissələrində hərbi əməliyyatları müntəzəm olaraq bir neçə saatlıq dayandırdıqlarına görə İsrailə təşəkkür edib.

Teqlər: