ABŞ F-35-ləri göndərib, İrana xəbərdarlıq etdi

ABŞ F-35-ləri göndərib, İrana xəbərdarlıq etdi

Biz İranı Hörmüz boğazı vasitəsilə azad ticarəti təhdid edən və sabitliyi pozan hərəkətləri dərhal dayandırmağa çağırırıq.

AzerTimes xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

O, əmin edib ki, Yaxın Şərqə əlavə Amerika F-16 və F-35 qırıcıları, eləcə də təyyarədaşıyan gəmi göndərilməsi Tehranla müharibəyə hazırlaşmaq demək deyil:

“Bu tədbirlər Hörmüz boğazında monitorinq imkanlarının artırılmasına yönəlib”.

O xatırladıb ki, dünya neft tədarükünün təxminən 20%-i bu marşrutdan keçir.

Qeyd edək ki, İranın Hörmüz boğazında bir neçə tankeri ələ keçirməsindən sonra ABŞ əraziyə əlavə qırıcı və gəmilər göndərib.

Teqlər: