ABŞ İranın İsrailə zərbə endirmək təhlükəsi ilə əlaqədar radar baxımından gözə dəyməyən F-22 Raptor qırıcılarından ibarət eskadranı Yaxın Şərqə yerləşdirməyə qərar verib.
AzerTimes xəbər verir ki, bu barədə “Air & Space Forces Magazine” mənbəyə istinadən məlumat yayıb.
“Pentaqon bölgəyə ballistik raket hücumlarının qarşısını almağa qadir olan daha çox kreyser və esmines göndərib, həmçinin yer-hava raket imkanlarını gücləndirə bilər. Bunlar İranın İsrailə hücumunu dəf etmək və ya qarşısını almaq, eləcə də HƏMAS-ın siyasi lideri İsmayıl Həniyənin Tehranda öldürülməsindən sonra bölgədəki ABŞ qüvvələrini gücləndirmək məqsədi daşıyır”,- məlumatda deyilir.