ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi çərşənbə axşamı Nyu Meksikada Holloman Hərbi Hava Qüvvələri bazası yaxınlığında qəzaya uğrayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Foks Nyus” məlumat yayıb.
“İnsident yerli vaxtla saat 11:50 radələrində (Bakı vaxtı ilə 21:50) “White Sands” milli parkı yaxınlığında baş verib. Qırıcının göyərtəsində yalnız pilot olub və o, katapult edib, hazırda tibbi yardım alır”, – məlumatda deyilir.
Yerli hakimiyyət nümayəndələri təyyarənin göyərtəsində olan zərərli kimyəvi maddələrin atmosferə daxil olması səbəbindən hadisə yerinə yaxınlaşmamağa çağırıblar. Qəzanın səbəbləri barədə məlumat verilməyib.
Qeyd olunur ki, bu, son altı ayda F-16 qırıcılarının üçüncü qəzasıdır.