ABŞ Etnik Anlaşma Fondunun prezidenti Azərbaycanda digər icmalarla yanaşı, yəhudilərə diqqət və qayğını yüksək qiymətləndirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayeri videoformatda qəbul edib.

AzerTimes-ın məlumatına görə, Mark Şnayer ölkəmizdə digər dini və etnik icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasına yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Müsəlman ölkələri arasında ən böyük yəhudi icmasının Azərbaycanda yaşadığını vurğulayan Mark Şnayer Prezident İlham Əliyevin digər icmalarla yanaşı, yəhudilərə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib.

Söhbət zamanı mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanla ABŞ əlaqələrinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Teqlər: