ABŞ-ın “Meyson” esminesi Qırmızı dənizin cənubunda husilər tərəfindən atılan PUA və gəmi əleyhinə raketi vurub.
AzerTimes xəbər verir ki, bu barədə Pentaqonun Mərkəzi Komandanlığı məlumat yayıb.
Bildirilib ki, bu, husilər tərəfindən gəmilərə edilən 22-ci hücum olub. Hücumlar zamanı ərazidə olan 18 gəminin heç biri xəsarət almayıb.