Tərəflərin hər biri təlim üçün öz xərclərini özü ödəyib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan MN-in “Qartal tərəfdaşı 2024” erməni-amerikan təlimlərinin maliyyələşməsi ilə bağlı açıqlamasında bildirilib.
Təlimlərə ABŞ ağır texnikasının cəlb edilməsi, onların daşınması və s. xərclərin qarşı tərəfin özü tərəfindən qarşılandığı vurğulanıb.
Qeyd edək ki, ABŞ-Ermənistan hərbi təlimi Ermənistanda 15-24 iyul aralığında keçirilib.