ABŞ Ermənistan və Qırğızıstanda bunu aktivləşdirib – Lavrov

ABŞ Ermənistan və Qırğızıstanda bunu aktivləşdirib – Lavrov

ABŞ qeyri-hökumət təşkilatlarından (QHT) təsir alətləri kimi istifadə edir və postsovet məkanında, xüsusən də Mərkəzi Asiyada fəal şəkildə onlardan yararlanmağa çalışır.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov “Primakov qiraətləri” forumunda deyib.

Nazir ABŞ-ın irəli sürdüyü QHT ideyasını “amerikalıların qloballaşma modelinin bir hissəsi kimi bütün dünyada təbliğ etdikləri fəlsəfənin bir hissəsi” adlandırıb:

“Nəticədə Vaşinqton minlərlə qeyri-hökumət təşkilatı yaratdı, yüzlərləsi postsovet məkanında, xüsusən Ermənistanda, Qırğızıstanda fəaliyyət göstərir”.

Lavrov onların Ukraynada, Belarusda da olduğunu bildirib.

“Onları qeyri-hökumət təşkilatları adlandırmaq çox böyük problemdir. Onların maliyyələşməsinin 90%-i Amerika bürokratiyasının bir hissəsi olan Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə həyata keçirilir”, – Lavrov deyib.

Nazir vurğulayıb ki, belə QHT-lər Vaşinqtondan gələn “partiya xətti”ni izləyir:

“Məqsəd həmin qeyri-hökumət təşkilatlarının fəaliyyət göstərdiyi ölkələrdəki proseslərə birbaşa təsir göstərməkdir. Onları müstəqil hesab etmək hiyləgərlikdir”.

Teqlər: