Bu həftə ABŞ və Ermənistan hərbçiləri “Eagle Partner 2024” proqramı çərçivəsində iğtişaşlara qarşı mübarizə və silah təlimləri keçirib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığından məlumat verilib.
“Bu təlimlər yüksək intensivlikli birgə mühitdə əməkdaşlıq etmək və fəaliyyət göstərmək bacarığını nümayiş etdirir, hazırlığı, cavabdehliyi və qarşılıqlı fəaliyyət qabiliyyətini artırır”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, Ermənistan-ABŞ birgə təlimlərinə iyulun 15-də start verilib və 24 iyulda bitəcək.