ABŞ Ər-Riyadı bağışlamır – Senatordan təklif

ABŞ Ər-Riyadı bağışlamır – Senatordan təklif

ABŞ Səudiyyə Ərəbistanı ilə əməkdaşlıqda xərcləri azaltmalıdır.

AzerTimes xəbər verir ki, bunu ABŞ senatoru Kris Mörfi deyib.

“Mən təhlükəsizliklə bağlı tamamilə əməkdaşlığın kəsilməsinin tərəfdarı deyiləm, sadəcə hesab edirəm ki, Səudiyyə Ərəbistanı ilə münasibətimizə və onları dəstəkləməyə hazır olduğumuz məsələlərdə xəsislik etməliyik”, – senator söyləyib.

Mörfi vurğulayıb ki, təhlükəsizlik sahəsində əməkdaşlıq çərçivəsində Yaxın Şərq krallığında ABŞ personalı və texnikasının olması həddən artıq əhəmiyyətlidir:

“Rəsmilər özlərinə sual verməlidirlər ki, ölkənin regional hegemonluq uğrunda Səudiyyə-İran rəqabətində bu cür iştiraka ehtiyacı varmı?”

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və Rusiyanın başçılıq etdiyi OPEK+ sazişində iştirak edən ölkələr neft hasilatını sutkada iki milyon barrel azaltmaqla bağlı qərar qəbul ediblər. Bu isə ABŞ hökumətinin narazılığına səbəb olub.

Teqlər: