ABŞ Energetika Nazirliyi Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar
ölkənin strateji ehtiyatından 30 milyon barel neft çıxaracağını
təsdiqləyib.
Trend xəbər verir ki, nazirlik yaydığı bəyanatda bildirir ki,
müvafiq elanı martın 2-də etməyi planlaşdırır.
Vurğulanır ki, bu addım Beynəlxalq Enerji Agentliyinə (BEA) üzv
olan 31 ölkənin qlobal neft bazarlarına Rusiya-Ukrayna böhranı
nəticəsində tədarük çatışmazlığının olmayacağına dair siqnal vermək
üçün fövqəladə ehtiyatlarından 60 milyon barel neft çıxarmaq
razılığı çərçivəsində atılır.