ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu yüksəldib

Xəbər - Ləman Zeynalova – Trend:

2022-ci ildə Azərbaycanda neft və digər maye karbohidrogen
hasilatı 0,72 milyon barel/sutka səviyyəsində gözlənilir.

Trend-in
məlumatına görə, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji
İnformasiya İdarəsinin (EIA) hesabatında deyilir. Bu proqnoz
əvvəlki hesabatda 0,71 milyon barel/sutka səviyyəsində idi.

Hesabata əsasən, 2022-ci ilin birinci rübündə hasilat 0,7 milyon
barel/sutka təşkil edib. İkinci rübdə hasilat 0,72 milyon
barel/sutka, üçüncü rübdə 0,73 milyon barel/sutka, dördüncü rübdə
0,72 milyon barel/sutka səviyyəsində proqnozlaşdırılır.

2023-ci ildə isə proqnozlara əsasən Azərbaycanda neft və maye
karbohidrogen hasilatı 0,7 milyon barel/sutka olacaq.

Gələn il rüblük hasilat birinci rübdə 0,72 milyon, ikinci rübdə
0,69 milyon, üçüncü rübdə 0,68 milyon, dördüncü rübdə isə 0,70
milyon barel/sutka təşkil edəcək.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda neft və maye
karbohidrogen hasilatı sutkada orta hesabla 0,72 milyon barel
təşkil edib.

EIA-nın göstəricilərinə görə, 2021-ci ilin birinci, ikinci,
üçüncü və dördüncü rüblərində hasilat müvafiq olaraq sutkada 0,75
milyon, 0,7 milyon, 0,71 milyon və 0,71 milyon barel/sutka təşkil
edib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: