Xəbər - Ləman Zeynalova – Trend:
2022-ci ildə Azərbaycanda neft və maye karbohidrogen hasilatı
0,73 milyon barel/sutka səviyyəsində gözlənilir.
Trend-in
məlumatına görə, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji
İnformasiya İdarəsinin (EIA) hesabatında deyilir. Bu proqnoz
əvvəlki hesabatda 0,73 milyon barel/sutka səviyyəsində idi.
2022-ci ildə rüblük hasilat birinci, üçüncü və dördüncü rübdə
0,73 milyon, ikinci rübdə 0,74 milyon barel/sutka səviyyəsində
proqnozlaşdırılır.
2023-ci ildə isə proqnozlara əsasən Azərbaycanda neft və maye
karbohidrogen hasilatı 0,7 milyon barel/sutka olacaq. Bu proqnoz
əvvəlki hesabatda 0,71 milyon barel/sutka səviyyəsində idi.
Gələn il rüblük hasilat birinci rübdə 0,71 milyon, ikinci rübdə
0,7 milyon, üçüncü rübdə 0,69 milyon, dördüncü rübdə isə 0,71
milyon barel/sutka təşkil edəcək.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda neft və maye
karbohidrogen hasilatı sutkada orta hesabla 0,72 milyon barel
təşkil edib.
EIA-nın göstəricilərinə görə, 2021-ci ilin birinci, ikinci,
üçüncü və dördüncü rüblərində hasilat müvafiq olaraq sutkada 0,75
milyon, 0,7 milyon, 0,71 milyon və 0,71 milyon barel/sutka təşkil
edib.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)