Xəbər - Ləman Zeynalova – Trend:
2021-ci ildə Azərbaycanda neft və maye karbohidrogen hasilatı 0,75 milyon barel/sutka səviyyəsində gözlənilir.
AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) hesabatında deyilir. Əvvəlki hesabatda bu göstərici 0,77 milyon barel/sutka proqnozlaşdırılmışdı.
2021-ci ildə rüblük hasilat birinci rübdə 0,75 milyon, ikinci rübdə 0,73 milyon, üçüncü rübdə 0,73 milyon, dördüncü rübdə isə 0,77 milyon barel/sutka səviyyəsində proqnozlaşdırılır.
2022-ci ildə isə proqnozlara əsasən Azərbaycanda neft və maye karbohidrogen hasilatı 0,8 milyon barel/sutka olacaq. Əvvəlki hesabatda 2022-ci ildə neft hasilatı üzrə proqnoz 0,82 milyon barel/sutka təşkil etmişdi.
Gələn il rüblük hasilat birinci rübdə 0,79 milyon, ikinci rübdə 0,8 milyon, üçüncü rübdə 0,78 və dördüncü rübdə 0,81 milyon barel/sutka təşkil edəcək.
2020-ci ildə Azərbaycanda neft və maye karbohidrogen hasilatı sutkada orta hesabla 0,71 milyon barel təşkil edib.
EIA-nın göstəricilərinə görə, 2020-ci ilin birinci, ikinci, üçüncü və dördüncü rüblərində hasilat müvafiq olaraq sutkada 0,77, 0,7, 0,67 və 0,69 milyon barel təşkil edib.
(Tərcümə: Orxan Nəbiyev)