Vaşinqton səhvləri üzərində ciddi işlər görməlidir. Dünya hökmranlığı iddialarından əl çəkməli və Rusiyanın işlərinə qarışaraq əldə etdiyi uğursuz cəhdlərdən dərs almalıdır.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Rusofob təfəkkürlü ABŞ elitası məntiqsiz düşüncə ilə Ağ Evi Rusiya ilə açıq qarşıdurmaya sövq edir. Əslində, söhbət beynəlxalq gərginliyi artıran ehtiyatsız xəttdən gedir. Bu “pis dairəni” qırmaq realdırmı? Əlbəttə, bəli. İrəliləmək üçün Vaşinqton səhvlər üzərində ciddi işləməli və dünya hökmranlığı iddialarından əl çəkməlidir”, – o bildirib.