ABŞ Ermənistanın Azərbaycanla sülh əldə etməsinə kömək etmək üçün hər şeyi edəcək.
AzerTimes xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid erməni mediasına müsahibəsində deyib.
“Birləşmiş Ştatlar bu prosesə dəstəyində sadiqdir: biz həqiqətən də faydalı olmaq istəyirik. ABŞ həm də Dağlıq Qarabağ münaqişəsində əsas rol oynayan Minsk Qrupunda həmsədr ölkədir. Və biz bu prosesə əvvəlkitək sadiq qalırıq. Həmçinin Avropa İttifaqının da mühüm rol oynadığını görürük. Ona görə də mən hiss edirəm ki, bu, region üçün bir fürsətdir və biz sülh naminə Ermənistana üçün əlimizdən gələni edəcəyik”, – deyə o bildirib.