ABŞ elan etdi: Qisas dəqiq və planlı olacaq!

ABŞ elan etdi: Qisas dəqiq və planlı olacaq!

ABŞ İordaniyada səhra bazasına edilən hücuma bir neçə gün ərzində cavab verəcək.

AzerTimes xəbər verir ki, bu barədə ABC Nyus adının çəkilməsini istəməyən ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Məlumatda ABŞ-ın birdən çox hədəfi vuracağı bildirilib:

“Amerika qüvvələrinə qarşı bu hücumlara şərait yaradan şəxslərə və mərkəzlərə qarşı dəqiq və planlaşdırılmış zərbələr endiriləcək”.

Teqlər: