İsrail ABŞ-a bildirib ki, Livanda İsraillə sərhəd yaxınlığındakı Hizbullah infrastrukturuna qarşı məhdud quru əməliyyatları keçirir.
AzerTimes xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib.
Vurğulanıb ki, Livan ordusu İsraillə sərhəddən təxminən 5 km geri çəkilib.
Qeyd edək ki, İsrail ordusunun artıq Livana girdiyini əks etdirən kadrlar yayılıb.